Kür çayını keçəndən sonra İran televiziya və radioları infromasiya məkanımıza daxil olur. Dəfələrlə demişəm, bəzi yoldaşlarla görüş zamanı da bu məsələni qaldırmışam. İranın radiaol və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı bildirib.
O deyib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir:
“Bu, Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə elektron hökumətin yaradılması sahəsində inqilabi işlər görüb:
“Asan Xidmət, DOST Mərkəzi və digər qurumları buna misal göstərmək olar. Bunlar vətəndaşlarımıza yüksək səviyyədə xidmət edir. Ucqar dağ kəndlərində internetin keyfiyyəti təşkil etməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar da sıradan çıxmalıdır”.