Türkiyədə baş verən zəlzələdə dağıntılar atlında qalan 4 azərbaycanlı tələbədən birinin nəşi tapılıb.
Teleqraf.com xəbər verir ki, Malatya şəhər İnönü Universitetinin tələbəsi Şahin Vəliyevin təbii fəlakət nəticəsində ölməsi təsdiqlənib.
Şahinin dayısı Azər Hüseynov dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu təsdiqləyib.