Fevralın 23-də separatçı Ruben Vardanyan qondarma qurumda tutuduğu “vəzifə”sindən göndəriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr bu xəbəri baş separatçı Araik Arutyunyanın verəcəyini bildirir.
“Arutyunyan Vardanyanın “dövlət naziri vəzifəsi”ndən azad olunduğunu açıqlayacaq. Vardanyan bir müddət əvvəl “istefa” verməyəcəyini bildirdiyi üçün Arutyunyanın “fərman”ı ilə komandadan kənarlaşdırılmasına qərar verilib. Ancaq bu, qarşılıqlı razılaşma əsasında olacaq”, - məlumatda deyilir.
Qəzet Vardanyanın bundan sonra da Xankəndidə qalacağını iddia edir.
Nəşr separatçı rejimin “keçmiş prokuror”u Qurgen Nersisyanın Vardanyanın yerinə gətiriləcəyini də yazır. Məlumatda separatçı Nersisyan Soros Fondu ilə əməkdaşlıqda ittiham edilir.