Türkiyə 6 fevral zəlzələsində həyatını itirənlərin xatirəsi ağaclarda yaşadılacaq. Qeyri-adi təşəbbüs Mersin şəhərində Meşə Təsərrüfatı İdarəsinin “Çakıllı fidanlığı” tərəfindən irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, onlar təxminən 50 min sidr, küknar və şam tinglərinin yerləşdirildiyi dibçəklərin üzərinə fəlakət qurbanlarının adlarını yazıblar.
Bu tinglər xüsusi ərazidə əkiləcək.