“Mənim Azərbaycanla sülh müqaviləsi imzalamaqda tam qətiyyətim var”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Siyasi komandamız, parlament çoxluğu sülh gündəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb və indi bizim sülh gündəliyi ilə bağlı mandatımız var. Bütün diqqətimizi həmin mandatın həyata keçirilməsinə yönəlmişik. Bizim beynəlxalq ictimaiyyətin, regionumuzun xalqlarının dəstəyinə ehtiyacımız var və biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq”, - baş nazir bildirib.
Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini söyləyib:
“Bu yaxınlarda mən parlamentimizdə və hökumətimizin iclasında bəyan etdim ki, mənim Azərbaycanla sülh müqaviləsi imzalamaqda tam qətiyyətim var, amma bu, Ermənistanın kapitulyasiyasına bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.