İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib.
Teleqraf.com xəbər verir ki, 3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda adətən qız məktəblərində bu gün yüzlərlə şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
500-ə yaxın tələbədə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib.
Zəhərlənən tələbələrin əksəriyyətinin evə buraxıldığı, müalicəsini davam etdirənlərin vəziyyətinin yaxşı olduğu bildirilib.