5 Aprel 2023 22:27
4 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla İran arasında hərbi toqquşma ehtimalı azdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat və analitik nəşri “Stratfor” yazır.

Məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların bərpası, eləcə də İranla Azərbaycan arasında toqquşma ehtimalı azdır.

“Stratfor” analitiklərinin fikrincə, Bakı Azərbaycan və Ermənistan arasında sülh sazişini təhlükə altına almaqda maraqlı deyil.

Bununla belə nəşr qeyd edir ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dayandıqca, istər Qarabağın dağlıq hissəsində, istərsə də Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması ehtimalı artır.

Amerika nəşri Azərbaycan ordusunun son uğurlu səssiz əməliyyatlarına da diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər