“ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların davam etməsindən məmnundur”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh mümkündür. Biz bu yaxınlarda Baş nazir Paşinyana sülhə sadiqliyi ilə bağlı verdiyi bəyanata görə təşəkkür edirik, Prezident Əliyevin amnistiyanın mümkünlüyü ilə bağlı son bəyanatını alqışlayırıq”, - ABŞ rəsmisi bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə Qarabağdakı separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyini açıqlamışdı. Ermənistan Baş naziri Nikol Paşinyan isə Qarabağı və anklavları Azərbaycanın bir hissəsi kimi tanıdıqlarını söyləmişdi.