Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu gün ABŞ-ın paytaxtında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair saziş üzrə müzakirələrin növbəti raundu başlayacaq.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bu məqsədlə ABŞ-a yola düşüb.