6 Avqust 2023 23:44
10 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton və Londonun keçmiş SSRİ diktatoru Stalinə davamlı təzyiqləri olmasaydı, İran xəritəsi bu gün fərqli olacaqdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya 1940-cı illərdə Azərbaycanın bütövləşməsinə mane olub:

“İrandakı rejim Amerikanı “baş şeytan” adlandıraraq, bu ölkəyə qarşı düşmənçiliyini davam etdirir. Halbuki hazırkı İran məhz ABŞ və onun müttəfiqi Böyük Britaniyanın səyləri nəticəsində 1940-cı illərdə ərazi bütövlüyünü qoruya bilib. İran şahı o illərdə Vaşinqton və Londona yalvarırdı ki, sovet qoşunları Güney Azərbaycanı tərk etsin. Vaşinqton və Londonun keçmiş SSRİ diktatoru Stalinə davamlı təzyiqləri olmasaydı, İran xəritəsi bu gün fərqli olacaqdı.

Vaşinqton və London o illərdə Güney Azərbaycanın muxtariyyətinə və müstəqilliyinə mane oldular. Düşünürdülər ki, Güney Azərbaycan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasına, yəni SSRİ-yə birləşəcək, bu isə Moskva ilə mübarizədə məğlubiyyət demək idi. Bu gün Vaşinqton və London Bakı ilə tərəfdaş, Tehranla düşməndir. İrandakı hazırkı rejim isə 1940-cı illərdən fərqli olaraq Qərbin deyil, Kremlin strateji tərəfdaşıdır.

Görəsən, Vaşinqton və London 50 il sonra SSRİ-nin dağılacağını, şahın yerində isə dini rejimin qurulacağını bilsəydilər, Güney Azərbaycanın formalaşmasına mane olardılarmı?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər