6 Avqust 2023 21:30
31 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son həftələr və aylar ərzində İran rəsmiləri ölkələrinin ərazisindən keçən və Azərbaycanın iki hissəsini birləşdirən kommunikasiyaların tikintisini gücləndirmək üçün Azərbaycanla əlaqələri gücləndiriblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert İranın Zəngəzur dəhlizi projesinə münasibətinə diqqət çəkib:

“Ermənistanın media resurslarından biri siyasi coğrafiya mövzusuna üz tutub və uğursuz şəkildə İranın Zəngəzur dəhlizi layihəsinə münasibətini mövzu kimi seçib. Məqalə müəllifləri xüsusilə sual verirlər ki, Azərbaycan nə istəyir? Bakının geosiyasi davranışının köklərini və onun İranın siyasi coğrafiyasına təsirinə diqqət çəkirlər. İranın 15 ölkə ilə qonşu olduğunu iddia edirlər. Erməni müəlliflərin fikrincə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında məcburi keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru çıxışı həmişəlik bağlanacaq.

Siyasi coğrafiya elmi və metodologiyası olmayan ermənilər üçün bu, kifayət qədər mürəkkəb elmdir, bu səbəbdən də bu haqda danışmaları qeyri-ciddi təsir bağışlayır. Onlar bu mövzunu bilsəydilər, “böyük ermənistan” xülyasına düşməzdilər. Ancaq bu, ayrı bir müzakirə mövzusudur.

O ki qaldı İrana və onun Zəngəzur dəhlizinə münasibətinə, bəli, Tehran bu projenin həyata keçirilməsinin əleyhinədir, buna xüsusi həvəslə yanaşmır. Amma bu, yolun yalnız Ermənistan ərazisindən keçən hissəsinə aiddir. Onu sadəcə İran ərazisindən keçən və Azərbaycanın qərb rayonlarını Naxçıvan muxtariyyəti ilə birləşdirən kommunikasiyalar maraqlandırır, hətta çox maraqlandırır”.

İlqar Vəlizadə qeyd edib ki, son həftələr və aylar ərzində İran rəsmiləri ölkələrinin ərazisindən keçən və Azərbaycanın iki hissəsini birləşdirən kommunikasiyaların tikintisini gücləndirmək üçün Azərbaycanla əlaqələri gücləndiriblər:

“İran üçün Zəngəzur dəhlizini öz ərazisinə döndərmək və layihədə onun tərkib hissəsi kimi iştirak etmək vacibdir. Tranzit ölkə funksiyası iqtisadi üstünlüklərlə yanaşı, siyasi dividendlər də qazandırır.

Bir sözlə, Tehran incəliklə Zəngəzur dəhlizi layihəsində İrəvanı aldatdı. Ermənistanda hələ də bunun başa düşülməməsi də bir faktdır. Bunlar onların problemləridir. Yeri gəlmişkən, siyasi coğrafiya fənnini bilməməkdən irəli gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər