Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan “parlament”də 6 saatlıq müzakirədən sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, separatçı ermənilərə müraciətində toplantıda digər məsələlərlə yanaşı onun “istefa”sı məsələsinin də müzakirə edildiyini deyib.
“Məni təhqir edə, tənqid edə bilərsiniz, amma anlamağınızı istəyirəm. Biz supergüclərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik”, - Arutyunyan bildirib.
Baş separatçı əlavə edib ki, 6 saat davam edən müzakirə nəticəsində vahid qərara gəlmək mümkün olmayıb.
“Mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Lazım gəlsə, “istefa” verəcəm”, - Arutyunyan bildirib.