"Google Android" axtarış sistemi "Android" qurğular üçün özünün "Google Translate" əlavəsində nitqin sinxron tərcüməsi funksiyasını təqdim etməyə hazırlaşır.
Teleqraf.com bu barədə "The New York Times" qəzetinə istinadən məlumat verib. Yenilik tezliklə "Google Play" qurğusunda tətbiq olunacaq. Əlavə proqram bir neçə dildə şifahi nitqi tanıya biləcək, lakin tərcüməni isə mətn formasında edəcək. "The Verge" qeyd edir ki, oxşar variant artıq "Google Translate" proqramında var, lakin bu dəfə tərcümənin praktiki olaraq ləngimədən həyata keçiriləcəyi gözlənilir. Ötən ilin dekabrında "Microsoft" şirkəti analoji funksiyanı sınaq rejimində "Skype Translator" üçün təqdim edib. Həmin funksiya səsli zənglər zamanı nitqin sinxron tərcüməsinə imkan yaradır. Bu yenilik hələlik yalnız iki dili - ispan və ingilis dillərini dəstəkləyir.
Rüstəm