4 Sentyabr 2023 11:12
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab etmirəm ki, Araik Arutyunyan təzyiq altında “istefa” verib”.

Teleqraf.com xəbər verir ki, bunu separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.

“Bu, sürpriz deyildi. Mən on gün əvvəl demişdim ki, Arutyunyan getməlidir, başqa yolu yoxdur. Çünki hansısa siyasi və ya xarici qüvvə onu dəstəkləmir, problemləri həll etməyə çalışmır, getməyə məcbur olacaq. Mövcud durumla bağlı siyasi həll yoluna getmədi, oturub danışmadı, nəticədə getməkdən başqa çarəsi yox idi”, - separatçı bildirib.

“Hraparak” qəzeti bundan əvvəl Babayanın rəsmi Bakının nümayəndələri ilə erməni icması arasında dialoqun, eləcə də yüklərin Ağdam-Xankəndi yolu ilə qəbul edilməsinin tərəfdarı olduğunu yazıb. Nəşr onun bu məqsədlə Bakı üçün “təkliflər paketi” hazırladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər