“Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
“Xalqımız Azərbaycan dövlətinin yanında olduğunu, antiterror tədbirləri dəstəklədiklərini bildirirlər”, - DİN rəsmisi əlavə edib.
Bundan başqa E.Hacıyev bildirib ki dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb.
Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatlar yayır və bununla vətəndaşlar arasında nikbinlik yaratmağa çalışırlar: "Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, qarşı tərəfin yaydığı qeyri-ciddi xəbərlərə aldanmasınlar. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələ ki ciddi bir siqnal bizə daxil olmayıb".