“Bu, fantastikadır, nə deyə bilərəm? Belə bir şey yalnız zəngin təxəyyüllə edilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı Ermənistana qarşı Azərbaycanın “şərik”i adlandıran açıqlamasını şərh edərkən deyib.
“Ümumiyyətlə, söhbətin nədən getdiyi bəlli deyil, ola bilsin ki, Fransa prezidenti nəyisə bilir, görünür, bunu heç kim bilmir. Mən onun nə demək istədiyini başa düşmək istərdim. Bu, növbəti ikiüzlü cəhddir. Bu cür açıqlamalarla baş verənlərin mexanizmini gizlədir. Yəni əvvəllər deyirdik ki, İrəvandakı məmurlar öz əməllərinin məsuliyyətini başqalarının üzərinə qoymağa çalışırdılar, indi isə görürük ki, onları buna sövq edirlər. Budur Fransa prezidenti bəzilərindən istifadə etməyi bacarıb, dəqiq nəyi nəzərdə tutduğumu dəqiqləşdirmədən məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır.
Eyni şəkildə məsuliyyəti Rusiyanın və ya başqasının üzərinə qoyaraq, rəsmi İrəvanı müəyyən addımlar atmağa sövq etdiyini görürük. Fransa hakimiyyətinin bu hiylələrini Afrika ölkələrinin timsalında bilirik.
Fransa nümayəndələrinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində qərəzliliyi, regionda sülhün bərqərar olması məqsədi güdən vasitəçi mövqeyindən deyil, sırf öz siyasi maraqlarını reallaşdırmaq üçün çıxış etdikdə göz qabağındadır”, - Rusiya rəsmisi bildirib.