1 Oktyabr 2023 08:43
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə nümayəndələrinə qarşı insidenti təhqiq etmək üçün ABŞ Dövlət Departamenti Los-Anceles Polis İdarəsi ilə birlikdə işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamenti “TRT Haber”in sorğusuna cavab olaraq bildirib.

"Biz diplomatların təhlükəsizliyinə dair qəti öhdəliyimizi bir daha bəyan edirik və diplomatiya aparan şəxslərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”,- vurğulanıb.

Xatırladaq ki, sentyabrın 29-da radikal erməni diasporunun üzvləri ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki Cənubi Kaliforniya ştatında keçirilən “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransına basqın edərək nifrət nitqləri söyləyib, təhqiramiz ifadələr işlədiblər. Tədbirdə azərbaycanlı və türkiyəli yüksəkranqlı diplomatlar iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər