4 Oktyabr 2023 17:46
6 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün Zəngəzur dəhlizinin önəminə toxunub.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı projenin nəzərdən keçirildiyini söyləyib.

“Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunu bərpa edəcək layihə nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş potensialı görürük”, - Zaxarova bildirib.

Rusiya rəsmisi vurğulayıb ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalara hazır olmaqdan asılıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər