23 Oktyabr 2023 14:10
11 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Samvel Şahramanyan “artsax”ı ləğv etməyibsə, İrəvanda nə işi var?”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.

Siyasətçi Şahramanyanın qondarma qurumu buraxması ilə bağlı “fərman”ını təkzib etməsinə ironiyalı cavab verib:

“Bir gün “imzalamışıq”, o biri gün “imzalamamışıq” deyirlər.

Şahramanyan qərar versin ki, “artsax”ın (ləğv edilmiş qondarma qurum – red.) ləğvi ilə bağlı “sənəd”i imzalayıb, ya yox? İmza atmayıbsa, niyə Ermənistandadır, “artsaxda vəzifə” tutmalı deyil? Əgər həmin “sənəd”in heç bir qüvvəsi yoxdursa, sual yaranır ki, ermənilər niyə öz yaşayış məntəqələrini tərk ediblər?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər