24 Noyabr 2023 12:53
3 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi özündən Amerika kəşf etməməlidir. Zəngəzur uzun illər ərzində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirib.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra qərara gəlindi ki, bütün kommunikasiyalar açılsın:

"Ermənistan həmin üçtərəfli bəyannaməyə imza atdı. Ermənistan yenə siyasi hoqqabazlıqla məşğuldur. Müxtəlif yeni layihələr təklif edirlər. Düşünmürəm ki, etdikləri təkliflər bizim maraqlarımıza cavab versin. Onların əsas qorxusu odur ki, Zəngəzur dəhlizi boyunca rus sərhədçiləri dayanar. Guya onlar özləri bu yolu nəzarət altına götürmək istəyirlər. 2020-ci il, 10 noyabrda imzlanan bəyannamədə bildirilib ki, dəhlizdə rus ordusunun sərhədçiləri dayanacaq. Hər halda öz imzalarına hörmətlə yanaşsınlar. Hər dəfə yeni bir təklif eləməklə məsələ həll olunmur.

Ermənistanın layihəsinin nədən ibarət olduğunu bilmirik. Həmin layihənin 2020-ci ildə imzalan 10 noyabr bəyannaməsində qeyd olunan maddədən nə dərəcədə fərqli olacağı məlum deyil".


Müəllif: Əsəd Məmmədəliyev