28 Noyabr 2023 15:44
2 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri yalan vədlərinə davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə zəfər çıxışı edirdi.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

“2020-ci il müharibəsindən sonra Nikol Paşinyanın gözlərinin içinə baxıb dedim ki, sən məğlub lidersən, daha böyük uğursuzluqlara səbəb olacaqsan. Ancaq o, səyahətinə davam etmək qərarına gəldi. 2021-ci ildə seçkilərində iştirak etdi. Yeri gəlmişkən, Şuşa və Hadrutu “qaytarmağa” hazır olduğunu bildirdiyi proqramla seçkiyə qatılmışdı. Amma bundan sonra ümumiyyətlə Qarabağ məsələsindən imtina etdi”, - ekspert bildirib.

Ayrapetyanın sözlərinə görə, Ermənistan baş naziri yalan vədlərinə davam edərkən, Prezident Əliyev artıq Xankəndidə zəfər çıxışı edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər