“Elə bir vaxt olacaq ki, azərbaycanlılar gəlib Ermənistanda yaşayacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Vaxt keçəcək, istisna etmirəm ki, ermənilər gedib Azərbaycanda, azərbaycanlılar da gəlib Ermənistanda yaşayacaqlar, bir-biriləri ilə ticarət edəcəklər. Bəli, biz sülhə gedirik, sülh üçün başqa yol yoxdur. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”, - spiker bildirib.