Baş separatçı Samvel Şahramanyan keçmiş qondarma rejimi buraxan “fərman”ını geri götürmək fikrində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İrəvana sığınan separatçı “deputat”lar qapalı iclasdan sonra yenidən Şahramanyanla görüşüblər. Görüşdə qondarma rejimin ləğvi ilə bağlı qərar da müzakirə olunub.
“Şahramanyan yeni mötərizə açmadı, sadəcə dedi ki, bu qərarı verən özüdür, məsuliyyəti də, bunun nəticələri də ona aiddir və nə etdiyini bilir”, - məlumatda deyilir.
Şahramanyanın “həmin fərman”ı ilə bütün separatçı qurumlar yanvarın 1-dən ləğv ediləcək. Əlbəttə, Azərbaycan öz ərazisində artıq ləğv edib. Söhbət həmin “qurumlar”ın separatçıların öz aralarında və ya Ermənistandakı fəaliyyətlərinin də dayandırılmasından gedir.