21 Dekabr 2023 11:32
3 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan separatçıların başçısı Samvel Şahramanyanı “siyasi meydan”dan uzaqlaşdırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar dindirildikdən sonra Ermənistan hakimiyyətinə daha da yaxınlaşıb. Söhbət yüksək vəzifəli dairələrdən getmir, çünki Qarabağdan gələndən sonra Paşinyanın qəbuluna düşə bilmir. Söhbət “Qarabağ məsələsi”ni onun əlindən almağa çalışan orta səviyyəli hakimiyyət dairələrindən gedir.

Hakimiyyətə nə qədər sədaqət andı içsə də, ona qeyd-şərtsiz etimad olmayacaq. Bu çevrələrin məqsədi Şahramanyanı oyundan uzaqlaşdırmaq və Samvel Babayanı Qarabağ ermənilərinin problemləri ilə əlaqədar tənzimləyici kimi önə çəkməkdir. Bu yaxınlarda Babayan və Şahramanyan Qarabağ ermənilərinin qayıtması məsələsini müzakirə etmək üçün görüşüb. Babayan yenidən qayıdış məsələsini həll etməyə çalışmaq üçün Azərbaycanla danışıqlar aparmaq səlahiyyətinin ona verilməsində təkid edib. Onun fikrincə, bu, işə yaramırsa, onlar Sünikdə (Zəngəzur) kompakt şəkildə yerləşdirilməlidir”, - məlumatda deyilir.

Nəşrin iddiasına görə, Ermənistan baş nazirinin məqsədi daxildəki Qarabağ müzakirələrinə və separatçıların bu yöndəki fəaliyyətlərinə birdəfəlik son qoymaqdır. Mənbə bu baxımdan Babayanın İrəvanın məqsədlərinə uyğun olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər