17 Yanvar 15:56
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi baş verən hadisələrlə bağlı gözəl anlayır ki, Azərbaycanın söylədikləri həqiqətdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Qərbin İrəvana verdiyi "vədlər" onu göstərir ki, Ermənistan bu prosesdə alət olaraq istifadə olunur:

“Bir tərəfdə Moskva təcrübəsi var ki, Ermənistan “müstəqillik” əldə edəndən bəri Rusiyanın vassalı statusunda olub. Bu gün yenidən üzünü Rusiyaya çevirməklə Ermənistana münasibət dəyişməyəcək. Artıq İrəvanda bütün yanlış fikirlərlə, həmçinin həqiqətin paralel yürüməsi vadar edir ki, Ermənistan dövlət adamları müəyyən mənada doğruluğa yönəlsinlər. Bu, siyasətlə aşağı-yuxarı heç bir əlaqəsi olmayan məsələdir. Belə açıqlama sülhün yolunu aça biləcək perspektivi göstərir. Əgər ikitərəfli qaydada danışarlarsa çox məsələləri, eyni zamanda sülh prosesini həll edə bilərlər.

Ermənistan zaman-zaman Azərbaycan və Türkiyə ilə regionda normal münasibətlər fonunda İrəvanın gələcək inkişafını görə bilir. Ancaq buna imkan verməyən Fransa, İran, Rusiya, digər tərəfdən Qafqazda bütün yeni kommunikasiya sistemlərinə nəzarəti ələ keçirmək istəyən ABŞ kimi qüvvələr var. Bütün bunları Ermənistanda da anlayırlar. Məsələ budur ki, pulu kim ödəyirsə, sifarişi də o verir. Hələ də Ermənistanın bu yöndə ciddi problemləri var. Bir tərəfdən Qərbin maraqlarını ifadə edən Nikol Paşinyanın, digər tərəfdə isə onun dediklərinin tamamilə əleyhinə olan Simonyanın açıqlamaları var. Simonyanın “Hər bir vasitəçinin özünün geosiyasi maraqları var, bu da təbiidir” cümləsinə qarşı Ermənistan mediasında böyük məqalələr dərc olunub. Hətta "Simonyan bu hərəkəti ilə Fransanın bu günə qədər etdiyi yaxşılıqların üstündən xətt çəkdi", - deyə vurğulanıb. Düşünürəm ki, əvvəl-axır tunelin sonunda işıq görünəcək və başa düşəcəklər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər