Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.
Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
“FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - nazirlikdən qeyd edilib.