25 Yanvar 23:39
8 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert sözügedən Avropa qurumunun Azərbaycan əleyhinə fəaliyyətinə diqqət çəkib:

“AŞPA ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ədalətsizdir. Həmçinin diqqətimi səsvermə ilə bağlı başqa amillər də cəkib.

Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var. Bu dövlətlərin nümayəndələri qaz və neftimizə ehtiyac olanda Azərbaycanı “etibarlı tərəfdaş və dost” adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər.

İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz bu üç ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılar ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynanı deputatın dili ilə desək, bu, yalnız Rusiyanı sevindirəcək.

AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsəvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-sı Azərbaycan əleyhinə səs verib. Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya otellərdə olub, ya da parlamentin kafesində “vaxt öldürüblər”.

Əslində biz elə etməliydik ki, dəhliz və ya kafedə “vaxt öldürmək” əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs versinlər.

Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyirçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər