6 Fevral 18:22
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın mövqeyi həmişə bəlli olub: regionda yolların açılması ölkələrin suverenliyi çərçivəsində baş verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Onun sözlərinə görə, dünyada dəhlizdən danışılanda bu, əlaqələr üçün fürsət kimi qəbul edilir, amma bu regionda “tamam başqa cür” qəbul olunur.

İranlı səfir dəhliz anlayışının kim tərəfindən “tamam başqa cür” qəbul edildiyini izah etməyib. Bundan əvvəl İranın ictimai-siyasi dairələri və rəsmi-qeyri-rəsmi media qurumlarından Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin ünvanına səsləndirilmiş hədyan və təxribat dolu fikirləri nəzərə alsaq, söhbətin nədən getdiyini məlum olur. Təsadüfi deyil ki, işğal dövründən bəri Ermənistanı dəstəkləyən İran bu məsələ kontekstində də bu ölkəni özünün “qırmızı xətt”i elan edib.

Erməni jurnalistin “Azərbaycanın Ermənistan ərazisindən dəhliz açmaq cəhdi halında İranın reaksiyası necə olacaq” tipli təxribatçı açıqlamasına Sübhani elə o cür də cavab verib.

Səfir qeyd edib ki, Tehran nələrin baş verə biləcəyi və olmaya biləcəyi ehtimalı ilə bağlı təxminlər verə bilməz.

Sübhani bu kontekstdə həddini aşaraq üstüörtülü "hədə" də ünvanlayıb:

“Ermənistanda özümüzü necə aparacağımıza gəlincə, bu, Ermənistan hökumətinin mövqeyindən asılıdır”.

İranlı Ermənistan Baş naziri Nikol Paşinyanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə dəstəyini bildirib, onun iddiasına görə, bu proje reallaşarsa, o zaman Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi də təmin olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər