9 Fevral 21:23
5 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında qaz xəttinin çəkilməsi və bu ölkəyə enerji resurslarının ixracı danışaqlar predmeti olamamalıdır. Sülh müqaviləsinin imzalanmasından sonra belə bir şeyə ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert xatırladıb ki, Ermənistan Azərbaycan ərazisini 30 il işğalda saxlayıb, xalqımıza qarşı etnik təmizləmə aparıb, soyqırımı törədib, maddi-mənəvi ziyan vurub:

“Ermənistan vurduğu zərəri maddi baxımdan ödəməlidir, qənaətimə görə, energetika sahəsində əməkdaşlığa bundan sonra baxıla bilər. Zərər isə milyardlarla dollar həcmindədir, yəni Ermənistanın özünün də böyükdür.

Sülh müqaviləsi o demək deyil ki, mütləq Ermənistan iqtisadiyyatına sərmayə qoyacağıq, öz əlimizlə illərlə bizə qarşı düşmənçilik edən bu ölkəni dirçəldəcəyik. Belə bir şey yoxdur. Azərbaycanın belə bir öhdəliyi də yoxdur və olmamalıdır. Ermənistanın hansı potensialı var ki, ora sərmayə qoyaq, qaz xətti çəkək və sair. Gürcüstan nümunəsi göz qabağındadır. İllərlə Gürcüstana sərmayə yatırıldı, Azərbaycan ucuz qiymətə qaz-neft verdi. Rusiya-Gürcüstan müharibəsində də Tiflisin yanında olduq. Nəticədə hakimiyyət dəyişən və ya Mixail Saakaşvili gedən kimi iqtidara gələn komanda Azərbaycana arxa çevirdi. Gürcülər AŞPA-da Azərbaycan əleyhinə son səsvermədə də səssiz qaldılar. Əslində, bu, “səssizlik”dən çox həmin bədnam qətnaməyə sükut içində razılıq vermək demək idi”.

Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan Avropa və ya Fransadan Ermənistana silah daşınması üçün yol da verir:

“Tiflis və İrəvan arasında yaxınlarda strateji əməkdaşlıq haqda saziş imzalanıb. Avropa Birliyinə üzv olmaq istəyən Gürcüstan lazımi məqamlarda Azərbaycanı görməzdən gələ bilir. Azərbaycanın bu qədər dəstəyinə rəğmən...

Bidzina İvanaşvili baş nazir seçiləndə Azərbaycan əleyhinə “təhdid” tonunda mesajlar verirdi. Bunu da unutmamışıq. Bir sözlə, Ermənistanın timsalında bizə ikinci Gürcüstan lazım deyil. Ermənistanla sülh müqaviləsi yalnız dövlətlərin bir-birlərinə hücum etməmək və ərazi iddialarında olmamaq sazişi olmalıdır. Bu, ilk növbədə Ermənistana aiddir, çünki bizim heç kimə hücum və ərazisini işğal etmək kimi fikrimiz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər