10 Fevral 19:07
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb.

Sultan Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər