Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Sülh müqaviləsi üzrə danışıqlar zamanı Ermənistan və Azərbaycan bir sıra maddələr üzrə razılığa gəlib. Bunlardan biri də odur ki, tərəflər sülh müqaviləsinin hər hansı müddəasını yerinə yetirməkdən imtina etmək üçün öz qanunvericiliyinə istinad edə bilməzlər. Ona görə də Ermənistan qanunvericiliyində sülh sazişinin həyata keçirilməsinə mane olan heç bir müddəa yoxdur”, - baş nazir vurğulayıb.
Ermənistan Konstitusiyasında istinad edilən bu ölkənin Müstəqillik Aktında Azərbaycana qarşı ərazi iddiası var. Söhbət Azərbaycanın Qarabağ iqtisadi rayonunun Ermənistana “ilhaq”ından gedir. Yəni Paşinyanın iddiasının əksinə olaraq, Azərbaycana qarşı işğalçı ambisiyalar bu ölkəsinin Konstitusiyasında öz əksini tapıb. Rəsmi Bakının şərti də budur ki, sülh müqaviləsinin daha etibarlı olması üçün bu bədnam müddəa və ya əsassız iddiadan imtina edilməlidir.