Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiyada ciddi dəyişiklik edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Məlumata görə, yeni Konstitusiya layihəsində nəinki Müstəqillik Aktından imtina, soyqırımı iddiasını (qondarma – red.) çıxarmaq və parlamentdə çoxluq təşkil etmək müddəaları ilə bağlı dəyişiklik etmək istəyirlər. Ölkə rəhbərliyi Ermənistan üçün təhlükəli olan başqa bir məqsəd üçün də hazırlaşır. Bu, Ermənistanın yeni Konstitusiyada özünü bitərəf ölkə elan etməsi və ərazisində xarici silahlı qüvvələrin daimi əsasda yerləşdirilməsini qadağan etməsi ilə bağlıdır. Əlbəttə, bu, Rusiya bazaları və sərhəd qoşunlarına qarşı yönəlib”, - məlumatda deyilir.
Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.