Azərbaycan Prezidenti İlham Əliyev bütün platformalarda lazım olanı əldə edə bilir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı deputatı Artur Xaçaturyan deyib.
“Gördüyümüz budur ki, danışıqlar formatında dəyişiklik var, proses gedir. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir, Azərbaycan da Qərbə getməkdən. ABŞ də bəyan edir ki, ikitərəfli təmasları təşviq edirlər. Yəni bizə deyirlər ki, get, nə istəyirsən et, biz nə vasitəçiyik, nə də qarant. Almaniyaya gəlincə, bu ölkə ilə Türkiyə arasında sıx əməkdaşlıq var. İndi Almaniyanın vasitəçiliyinin Ermənistana nə qazandırıcığını söyləyə bilmərəm.
Eyni zamanda, Paşinyandan fərqli olaraq Əliyev bütün platformalarda lazım olanı əldə edə bilir, Paşinyan isə hər yerdə uduzur”, - deputat bildirib.
Xaçaturyanın sözlərinə görə, danışıqlar masasının harada qurulmasından, vasitəçinin kim olmasından asılı olmayaraq, uduzan Ermənistan olacaq. Bununla belə, o, danışıqlar prosesinin ikitərəfli formada davam edəcəyini istisna etməyib.