Fitnes məşqçisi Kamil Zeynallının Moskvada hava limanında saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, görüntülərdə Kamil Zeynallının hava limanında saxlanılan digər şəxslərlə birgə otağa salınması, onun şəxsi əşyalarının alınması əks olunub.
Videodan Kamilin çamadanından bəzi əşyalarını götürməsi və prosedura uyğun olaraq digər əşyalarını Rusiya sərhədçilərinə təhvil verməsi də məlum olur.