Azərbaycanda 20 il azadlıqdan məhrum edilən erməni əsilli livanlı terrorçu Vigen Elcekyanın həyat yoldaşı Linda ötən ay əri ilə danışdığını açıqlayıb.
Teleqraf.com erməni KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığı görüntülü olub.
“Keçən ay Vigeni gördük, ötən dəfəkindən yaxşı görünürdü, bir qədər kökəlib. Mənə dedi həminki həbsxanadadır, amma daha uyğun kameraya köçürülüb. Məndən yeni paltar, sevimli yeməklərindən və fotolarımızı istədi”, - Linda bildirib.
Qızıl Xaç Cəmiyyətinin əməkdaşları ona Vigenin səhhətində problem olmadığını deyiblər.