24 Fevral 09:28
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın KTMT ilə bağlı son bəyanatı siyasi xarakter daşıyır. Çünki KTMT-nin nizamnaməsində bir ölkənin iştirak hüququnu dondurmasi məsələsi yoxdur. Ya özü çıxmaq niyyətində olmalıdır, ya da ki, onları bu təşkilatdan çıxartmalıdırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Paşinyan çox sadə bir variant tapıb və bunu bəyan edir:

“Amma eyni zamanda KTMT-nin katibi də bəyan etdi ki, bizə Ermənistandan heç bir sənəd gəlməyib. Əgər Paşinyan hansısa tədbirlərdə iştirak etmirsə, bunu dondurma hesab edirsə, bu, artıq Ermənistanın öz işidir. Amma Ermənistan KTMT-dən çıxmayıb. Eyni zamanda da Ermənistan Rusiya ilə hərbi texniki əməkdaşlığın inkişafı ilə bağlı bir sıra addımlarda atıb. Görünən odur ki, bu reallıqları Ermənistanın rəsmiləri ya nəzərə almır, ya da hesab edirlər ki, belə bəyanatlarla kimlərisə guya aldatmış olurlar".

Politoloq bildirib ki, Rusiya hələ ki gözləmə vəziyyətindədir:

“Paşinyan bir çox bəyanatlarla çıxış edir. Hesab edir ki, Rusiya Ermənistana müharibə zamanı kənarda qaldı, köməklik etmədi. Digər tərəfdən də həqiqət odur ki, müharibə Ermənistan ərazisində getməyib. Ermənistan ikibaşlı siyasi addımlar atır. Onlar deyirlər ki, KTMT-nin tədbirlərində iştirak etmiyəcəklər. Digər tərəfdən də Rusiya ilə hərbi əməkdaşlığı davam etdirirlər. Əgər Paşinyan buna bir son qoyarsa, Rusiyanın gücü ilə üzləşəcək.

Rusiya tərəfi dəfələrlə bildirib ki, burada başqa dövlətlərin izi olmamalı və heç kəs bura müdaxilə edə bilməz. Paşinyanın məqsədi odur ki, sülh sazişini hələlik imzalamasın. Çünki Paşinyana həm xaricdən, həm də daxildən müəyyən təzyiqlər edilir. Belə halda sülh sazişini imzalasa, çox çətin və mürəkkəb vəziyyətə düşə bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər