27 Fevral 01:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xocalı faciəsi Ermənistan hərbçiləri tərəfindən törədilən vəhşi cinayətdir. Xocalının yaraları hələdə qabıq bağlamayıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı Səfirliyində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbirində iştirak edən Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, bu soyqırımı bu gün Azərbaycanla yanaşı dünyanın digər ölkələrində də xatırlayırlar: "Bu gün Azərbaycanın dostları, sadəcə xoş niyyətli insanlar, qərəzli mövqe tutmayanlar Azərbaycan xalqının kədərini və erməni hərbi cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycanın ədalət tələbini bölüşürlər”.
Korotçenko bildirib ki, Azərbaycanda ədalət zəfər çalıb: “Eyni zamanda, biz məmnunluqla qeyd edirik ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı ədalət ikinci Qarabağ müharibəsinin yekunu, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb. Azərbaycan bu gün hər hansı işğalçılardan tam azaddır. Ölkə effektli şəkildə sürətlə inkişaf edir, müharibə yaraları sağalır, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına hazırlıq işləri aparılır. Bununla bağlı genişmiqyaslı proqram da qəbul edilib. Müasir Azərbaycan sözsüz ki, Xocalı soyqırımı aktını törədən hərbi cinayətkarları tapıb cəzalandıracaq. Biz buna əminik”, deyə rusiyalı ekspert fikrini yekunlaşdırıb.


Müəllif: Teleqraf.com