27 Fevral 14:16
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin mümkün səfəri Ermənistanla yekunlaşmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hazırda Ukrayna prezidentinin səfəri ilə bağlı məlumat yoxdur. Amma belə bir səfər olarsa, məncə, bu, təkcə Ermənistana deyil, regional səfər olacaq”, - spiker bildirib.

Alen Simonyan Ukrayna liderinin Azərbaycana da səfər edəcəyinə eyham vurub.

Ermənistan mediası Zelenskinin martın əvvəlində Bakı və İrəvanda olacağı, münasibətlərin yaxşı olmadığı Gürcüstana getməyəcəyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər