28 Fevral 14:59
8 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla problemləri müstəsna olaraq danışıqlar yolu ilə həll etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İraqda səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

“Bölgəmizdə sülhün və sabitliyin bərqərar olmasında çətinliklərimiz var. Dörd qonşumuzdan ikisi ilə - Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlıdır, İran və Gürcüstanla dostluq münasibətlərimiz, açıq sərhədlərimiz, ticarətimiz, qarşılıqlı səfərlərimiz var. Regionumuzun problemlərinin həllini danışıqlarda, qonşularımızla qonşuluq münasibətləri qurmaqda görürük”, - Xaçaturyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bu kontekstdə “Sülh qovşağı” (nəqliyyat dəhlizləri ilə bağlı) layihəsini təqdim edib:

“Layihənin ideyası ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ilə problemlərimizi həll edək, sərhədlər açılsın. Bu baş verərsə, qonşularımızla birlikdə regional sülh qovşağına çevrilə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu