2 Aprel 11:53
3 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Brüsseldə keçriləcək üçtərəfli görüşdən sonra Qərb bəzi vədlər verdiyi Ermənistanın köməyilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.

Onun fikrincə, Qərb Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin dominant rola malik olmasını istəyir, artıq Ankaranın regiondakı varlığını qəbul edir.

Zolyan Ermənistanla Azərbaycan arasında gərginliyin artmasına da diqqət çəkib. O hesab edir ki, növbəti hərbi toqquşmaya Rusiya ilə yanaşı, Qərb də qarışmayacaq.

Zolyana görə, yeni müharibədən əvvəl ABŞ və Avropa Birliyi Ermənistana müəyyən təminatlar verməyə çalışacaq:

“Bu təminatların “dəmir qarantiya” olub-olmayacağı başqa məsələdir, amma biz həmin Qərbin Ukraynaya hansı zəmanətləri verdiyini görmüşük. Bəli, Qərb Ukraynaya qarantiya verdi, o mənada yox ki, Ukraynaya qoşun göndərəcək, amma texnika verdilər. Bizim vəziyyətimiz fərqlidir, avropalı hərbçilər türklərə qarşı döyüşməyə gəlməyəcək, yaxud ingilis gəmiləri Masis dağına qalxmayacaq, sadəcə bəzi köhnəlmiş texnikalar göndərəcəklər.

Deyə bilərəm ki, Ermənistana verilən təminatlar aranı qarışdıracaq.

Qərbin Ermənistana təminatı Türkiyədir. Həm Avropa Birliyi, həm də ABŞ rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Türkiyə Rusiya və İrana əks güc kimi regiondakı problemlərin həllində əsas oyunçuya çevrilə bilər. Qarşıdakı görüşdə imzalanacaq və ya razılaşdırılacaq bütün məsələlər bunlardır”.

Azərbaycana qarşı mümkün addımlara gəlincə, politoloq bildirib ki, Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi barədə xəyal qurmağa ehtiyac yoxdur, bunun sübutu NATO baş katibi Yens Stoltenberqin regiona səfəri zamanı özünü göstərdi.

Zolyan Azərbaycanın hərbi-siyasi baxımdan əlverişli vəziyyətdə olduğunu da vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər