2 Aprel 13:38
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2016-cı ilin aprelində baş verən döyüşlərin geniş miqyas almaması üçün ciddi addımlar atmışdı.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

“2016-cı ilin aprelindən baş verən döyüşlər barədə çox mətləblər hələ də gizli qalır. Əslində, Aprel döyüşləri 2020-ci il üçün ciddi xəbərdarlıq idi. Amma Ermənistan və Qarabağdakı separatçılar bu xəbərdarlığı düzgün qiymətləndirə bilmədilər.

Bəllidir ki, 2016-cı ildə Rusiya döyüşlərin geniş miqyas almaması üçün ciddi addımlar atmışdı. Nəticədə əməliyyatlar dayandırıldı. Bundan sonra Kremldən Ermənistana təklif olundu ki, Azərbaycanın 5 rayonunu qeyd-şərtsiz qaytarsın, iki rayon məsələsinə isə (Laçın və Kəlbəcər) “Qarabağın statusu” müəyyən olunandan sonra baxılsın. Ermənistanın o dövrdəki rəhbərliyi (Serj Sərkisyan – red.) bu təklifi separatçıların liderləri ilə müzakirə edərək rədd etdi. Ermənilər məsələni həll etdiklərini düşünürdülər”, - jurnalist bildirib.

Asəf Quliyevin sözlərinə görə, Rusiyanın məqsədi “Lavrov planı”nı reallaşdırmaq, Qarabağa rus qoşununu yeritmək idi:

“Ermənistanın bu plana “yox” deməsi Moskva ilə İrəvan arasında müəyyən fikir ayrılığı yaratdı. Bu fikir ayrılığı Ermənistanda ciddi kataklizmlərə yol açdı. Beləliklə, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən çevriliş baş verdi. Amma Paşinyan da “Lavrov planı”na isti yanaşmadı, nəticədə Azərbaycan 2020-ci ildə yaranmış tarixi fürsətdən səmərəli istifadə edərək öz ərazi bütövlüyünü bərpa etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər