2 Aprel 21:12
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tələb etdiyi 4 kənd – Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı Ermənistana məxsus deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vahe Qalumyan deyib.

“Dörd kənddən bəhs edərkən, Tavuş vilayətinin yaşayış məntəqələrindən danışmırıq. Ermənistanın inzibati ərazi bölgüsünə görə, o kəndlər Tavuş vilayətində, yaxud onun kəndləri sırasında deyil. Bu kəndlər bizim icmalara məxsus deyil”, - deputat bildirib.

Qalumyan qeyd edib ki, kəndlərin təhvil verilməsindən sonra yollarla bağlı bəzi problemlər yarana bilər, amma bu və digər məsələlər sərhədin delimitasiyası prosesində həllini tapacaq:

“Bəli, müəyyən problemlər yaranacaq, amma kəndləri təhvil verməliyik, onlar bizim deyil”.

Deputat delimitasiya prosesinin Tavuş istiqamətindən başlayacağını da söyləyib:

“Ərazi problemlərinin həlli Ermənistanın sərhədini müəyyənləşdirmək məsələsi ilə bağlıdır. Bizim öz sərhədimiz olmalıdır, bu, sərhədçəkmə prosesinin bir hissəsidir, Tavuşdan başlamaq qərara alınıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər