Martın 29-da Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana gedən Sərkis Qalstyan “casusluq”da ittiham olunur.
Teleqraf.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sözçüsü Qor Abramyan onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məlumat verib.
Həyat yoldaşı Marqarita Şahnazaryan da Sərkis Qalstyanla Ermənistana köçüb. Marqaritanın da saxlanılıb-saxlanılmaması ilə bağlı suala Abramyan “yox” cavabını verib.