18 Aprel 12:56
4 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Davit Ananyan deyib.

“Rusiya sülhməramlıları Qarabağdan çıxarılır. Hərəkət Azərbaycan ərazisindən Rusiya (Dağıstan) istiqamətindədir. Baş verənlər onu göstərir ki, sülhməramlı kontingentin bu regionda əvvəllər məhdudlaşdırılmış missiyası artıq aktual deyil və artıq yeni missiyalar formalaşdırmaq mümkün deyil”, - ekspert bildirib.

O qeyd edib ki, Rusiya bununla Azərbaycanda öz təsiri və mövcudluğunu itirir, ən əsası da bu, Rusiya və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində qərardır.

Ananyan hesab edir ki, Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək.

“Bu kontekstdə bir şey aydındır ki, Ermənistanın maraqları və istəkləri müzakirə olunan prioritetlər çərçivəsindən açıq-aşkar kənarda qalıb. Baş verənlər bizə açıq şəkildə deyir ki, yaxın gələcəkdə bizdən asılı olmayan, amma bizim üçün yaxşı olmayacaq hadisələr gözlənilir”, - analitik vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər