Ermənistanda anklavlar və ya eksklavlar mövzusuna çox allergik münasibət var. Amma biz bu mövzudan imtina edə bilmərik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan rəsmi Bakı və İrəvan arasında dünən imzalanmış sənədə istinadla deyib.
Onun sözlərinə görə, Ermənistanın 29.7 min kvadrat kilometr ərazisinə Azərbaycanın Gədəbəy rayonunda yerləşən Artsvaşen (Başkənd) də daxildir.
“Razılaşdıq ki, bu məsələni də həll edək. Artsvaşen eksklavının Ermənistanın bir hissəsi olmasına de-yure haqq qazandırmaq niyyətindəyik. Bunu əsaslandırmaq üçün Artsvaşenin sərhədinin delimitasiyası aparılmalıdır, görək hansı həll yolları var”, - Paşinyan bildirib.
Baş nazir anklavların dəyişdirilməsi ilə bağlı suala cavab verərək qeyd edib ki, ərazilərin mübadiləsi məsələsi referenduma ehtiyacı olan çox ciddi məsələdir.
Ermənistanın Azərbaycana qaytarmalı olduğu eksklavlar da var. Bura Naxçıvanın Kərki, Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri daxildir.