Dörd kənd məsələsi delimitasiya prosesindən kənarda həll olunur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hələlik sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı tənzimlənmə yoxdur, amma dörd kənd məsələsi artıq bundan kənarda həll olunur:
“Bəli, bu dörd kənd bundan əvvəl ilkin hərəkət kimi edilir, amma bundan əvvəl tənzimləmənin əsas prinsiplərinin razılaşdırıldığını qeyd etmək vacibdir. Yəni bunu ilkin delimitasiya kimi, başlanğıc kimi həyata keçirdik və delimitasiya komissiyalarının 8-ci iclası zamanı praktiki olaraq gördük ki, tənzimləmə hansı problemləri həll etməlidir”.
Pşinyan sərhədlərin müəyyənləşdirilməsinin o qədər də asan proses olmadığını bildirib.
Baş nazir hesab edir ki, delimitasiya bu il başa çatmayacaq.
Ermənistan rəhbəri xəritə məsələsinə də toxunub:
“İndi 2050-ci ildə də soruşsalar ki, Ermənistanın sərhədləri hansı ilin xəritəsini müəyyənləşdirir, bunu deməyə tarix tapılmayacaq və bununla hər şey bağlanacaq”.
Paşinyan Azərbaycanın Almatı bəyannaməsinə əsaslanaraq sərhədin delimitasiyasına razı olub-olmaması sualına belə cavab verib:
“Artıq rəsmi olaraq qeydə alınıb. Dünənki protokolun ən mühüm siyasi qeydi odur ki, Almatı bəyannaməsi Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin əsas prinsipinə çevrilir. Bu, reqlamentdə qeyd olunacaq”.
Onun fikrincə, bu razılaşma həyata keçirilsə, Ermənistan-Azərbaycan münasibətlərində çox şey dəyişəcək.