22 Aprel 14:52
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş qısa müddətdə baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

Həmçinin Kremlin sözçüsü Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədindən geri çəkilməsi ilə bağlı İrəvanın bəyanatını şərh edib:

“Bununla bağlı da heç bir siqnal olmayıb. Gözlədiyimiz budur ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində 2021-ci ildə yerləşdirilib. Rusiya sərhədçiləri Azərbaycana qaytarılacaq 4 kəndin yaxınlığında dislokasiya edilib.


Müəllif: Mənsur Rəğbətoğlu