22 Aprel 23:37
5 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qazaxın 4 kəndini danışıqlarla qaytarması iki ölkə arasında müharibə ehtimalını aşağı saldı. Son 30 ildə ilk dəfədir ərazi məsələsi dinc yolla həllini tapdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan növbəti mərhələdə anklavlar məsələsini çözməyə çalışacaq:

“Bu problemin də danışıqlar yolu ilə həll olunacağına inanıram. Addım-addım tərəflər arasında etimad mühiti yaranır. Vasitəçilərin aradan çıxması iki ölkəni tədricən sülhə yaxınlaşdırır, əlbəttə, Ermənistan yenə də kənar qüvvələrin təsiri altında təxribatlara getməsə... Hesab edirəm ki, etimad mühiti yaranırsa, delimitasiya-demarkasiya prosesinin davamında Zəngəzur dəhlizinin açılması da razılaşdırıla bilər.

Zəngəzur yolunun açılması İrəvanın siyasi iradəsindən asılıdır. Azərbaycanın bu yöndə sərt addımlar atacağı gözlənilmir. İrəvanın istəyi budur ki, yola özü nəzarət etsin. Azərbaycanda bununla o halda razılaşa bilər ki, Zəngəzur üzərindən Naxçıvan və əksinə daşınan yüklər və vətəndaşlarımız üçün xüsusi güzəştlər tətbiq ediləcək. Bakının şərti bəllidir: dəhliz Azərbaycandan Azərbaycana prinsipi ilə işləməlidir. Zənnimcə, bu, İrəvanın qəbul edə biləcəyi bir prinsipdir, çünki heç nə itirmir, əksinə, qazanır.

Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdır, bu istiqamətdə də irəliləyişə nail olur. Bu çərçivədə Zəngəzura dəhlizinin danışıqlar yolu ilə açılması gündəmdədir.İstisna etmirəm ki, tərəflər müzakirələrdə bu məsələdən də danışırlar və mövqelər bir qədər yaxınlaşıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər