22 May 13:19
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

1976-cı il xəritələri bütün sektorlarda demarkasiya üçün əsas olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

“Növbəti demarkasiya harada olacaq” sualına erməni diplomat belə cavab verib:

“İndiki halda məlum deyil. Artıq bununla bağlı açıqlamalar vermişik. Həm cənab Qriqoryanın ofisi, həm də Təhlükəsizlik Şurasının katibi bəyanatlarla çıxış ediblər. Növbəti mərhələ qərarlaşanda sizə məlumat verəcəyik”.

Azərbaycanın Qazax rayonu - Ermənistanın Tavuş vilayəti istiqamətində sərhədin 1976-cı ilin xəritəsi əsasında demarkasiya edildiyi açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu