22 May 17:11
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindən çıxış edən Lüksemburq Deputatlar Palatasının sədri Klod Visler Azərbaycanla bağlı təxribatçı fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, lüksemburqlu spiker çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hədəfə alıb.

“Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlmiş siyasi proseslərə başlamaq lazımdır”, - Visler bildirib.

Spiker təkcə Azərbaycan yox, Türkiyənin də ünvanına hədyanlar səsləndirib. Vislerin çıxışında yol verdiyi təxribat təkcə “status”la bağlı deyil, ölkəmizi ən qəbuledilməz fikirlərlə “ittiham” qarşısında qoymağa çalışıb. Məsələn, “100 mindən çox erməninin köçə məcbur edilməsi”, “erməni mədəni abidələri və tarixinin silinməsi”, Bakıda həbsdə olan separatçı və hərbi cinayətkarların “əsir” adlandırılması, Azərbaycanın "təcavüz"də ittiham edilməsi və sair kimi.

Lüksemburqlu unudur ki, artıq Qarabağın yekun statusu müəyyən edilib, bu da ölkəmizin ayrılmaz hissəsi olan həmin ərazilərdə suverenlik və ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlıdır. Vislerin qaldırdığı bədnam məsələni heç işğalçı statusunda tanınan Ermənistanın rəhbərliyinin özü dilinə gətirmir. Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən təsdiqlədiyi halda Avropanın hansısa cırtdan ölkəsinin boyundan yuxarı tullanmaq, bağlanmış məsələni yenidən gündəmə gətirmək istəyi də bir qədər qəribə təsir bağışlayır.

Mədəni, bəşəri və hərbi cinayətlər, soyqırımılar törətmiş bir xalq varsa, o da Vislerin parlamentində çıxış etdiyi ölkədə yaşayır. Əlbəttə, vislerkimilər bunu bilməmiş deyillər, saxtakarlıq və riyakarlıq onların mayasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu